insanhaqlari.az

Avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə aşkarlanıb

17-02-2025 Baxılıb: 0

Avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə aşkarlanıb


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb.

Bu barədə BDYPİ-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728