Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Lənkəran, Astara, Biləsuvar, Salyan, Neftçala şəhər/rayon komissiyaları tərəfindən, ümumilikdə, 208 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq, müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.