2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Saatlı Rayon Statistika İdarəsi rəisi- Rövşən İsayev Dadaş oğlu
1. Ərazi və əhali
Rayonun ərazisi 1,18 min kvadrat kilometrə, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 94,0 nəfərə bərabərdir.
İlkin məlumata əsasən 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə rayonun əhalisi 110935 nəfər olmuş və əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edir. Əhalinin 20,2 min nəfəri və ya 18,2 faizi şəhər yerlərində, 90,7 min nəfəri və ya 81,8 faizi isə kənd yaşayış məntəqələrində yaşayır.
2. Doğum və ölüm
2024-cü ilin yanvar-sentyabr aylarında 791 nəfər körpə doğulmuş və 414 nəfər ölən qeydə alınmışdır. Vəfat edənlərin 6 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 12,3-dən 9,5-ə qədər, ölənlərin sayı isə 5,1-dən 5,0-ə qədər azalmışdır.
Göstəricilərin adı |
Nəfər |
Əhalinin hər min nəfərinə |
||
2024-cü ilin yanvar-sentyabr aylarında*
|
2023-cü ilin yanvar-sentyabr aylarında
|
2024-cü ilin yanvar-sentyabr aylarında*
|
2023-cü ilin yanvar-sentyabr aylarında
|
|
Ümumi artım |
395 |
646 |
4,7 |
7,8 |
Təbii artım |
377 |
592 |
4,5 |
7,2 |
Doğulanlar |
791 |
1011 |
9,5 |
12,3 |
Ölənlər |
414 |
419 |
5,0 |
5,1 |
o cümlədən : 1 yaşa qədər ölənlər |
6 |
5 |
7,6 |
4,9 |
3. Nikah və boşanmalar
2024-cü ilin yanvar-sentyabr aylarında 356 nikah və 140 boşanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə nikahların sayı 5,2-dən 4,3-ə qədər azalmış, boşanmaların sayı isə 1,6-dan 1,7-yə qədər artmışdır.
Göstəricilərin adı |
Nəfər |
Əhalinin hər min nəfərinə |
||
2024-cü ilin yanvar-sentyabr aylarında*
|
2023-cü ilin yanvar-sentyabr aylarında
|
2024-cü ilin yanvar-sentyabr aylarında*
|
2023-cü ilin yanvar-sentyabr aylarında
|
|
Nikahlar |
356 |
430 |
4,3 |
5,2 |
Boşanmalar |
140 |
134 |
1,7 |
1,6 |
* İlkin məlumat
4. Makroiqtisadi göstəricilər
2024-cü ilin yanvar-sentyabr aylarında ümumi məhsul buraxılışının həcmi əvvəki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,1 faiz azalaraq, 317312,4 min manat olmuşdur.
Ümumi məhsul buraxılışının həcmi müqayisəli qiymətlərlə informasiya və rabitə sahəsi üzrə 81,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsi üzrə 11,9 faiz, tikinti sahəsi üzrə 11,8 faiz, ticarət: nəqliyyat vasitələrininin təmiri sahəsi üzrə isə 0,6 faiz artmışdır.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin həcmi 3528,1 min manat və ya müqayisəli qiymətlərlə 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 1413,0 min manat və ya müqayisəli qiymətlərlə 1,6 faiz artmışdır.2024-cü ilin yanvar-avqust ayları ərzində bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 642,1 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 92,5 manat və ya 16,8 faiz çoxdur.
|
|||
Göstəricilərin adı |
2024-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə (min manatla)* |
2023-cü ilin yanvar-sentyabr aylarında faktiki qiymətlərlə (min manatla) |
Fiziki həcm indeksi, faizlə |
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi |
317312,4 |
313612,0 |
99,9 |
o cümlədən: - Sənaye |
41574,3 |
43666,4 |
98,6 |
- Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
187341,7 |
184186,8 |
99,1 |
- Tikinti |
6421,9 |
5742,5 |
111,8 |
- Nəqliyyat və anbar təsərrüfatı |
3037,9 |
2764,9 |
111,9 |
- İnformasiya və rabitə |
1234,7 |
678,5 |
181,2 |
- Ticarət: nəqliyyat vasitələrinin təmiri |
77701,9 |
76572,9 |
100,6 |
* İlkin məlumat
5. Sənayenin əsas göstəriciləri
2024-сü ilin yanvar-sentyabr ayları ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 41574,3 min manatlıq və ya 2023-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,4 faiz az sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 92,58 faizi sənaye məhsulları, 7,42 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur.
İstehsal olunan sənaye məhsulu və xidmətlərin 92,58 faizi emal və mədənçıxarma sənayesi bölməsinin, 4,72 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 2,70 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür. Ümumi istehsalda qeyri-dövlət sektoru 67,2 faiz, dövlət sektoru isə 32,8 faiz təşkil etmişdir.
Sənaye müəssisələri tərəfindən natura formasında istehsal olunmuş məhsullar müqayisəli (tonla)
|
|||
Məhsulun adı |
2024-cü ilin yanvar-sentyabr aylarında |
2023-cü ilin yanvar-sentyabr aylarında |
2023-cü ilin müvafiq dövrünə nisbətən, faizlə
|
Pambıq mahlıcı |
10659,9 |
9799,2 |
108,8 |
Pambıq çiyidi |
13657,0 |
12445,6 |
109,7 |
Pambıq tiftiyi (linti) |
477,1 |
434,1 |
109,9 |
Pambıq ulyuku |
180,5 |
51,3 |
3,5 d |
Biyan kipi |
400,0 |
70,5 |
5,7 d |
Biyan ekstraktı |
49,0 |
- |
- |
6. Heyvanların baş sayı haqqında haqqında
2024-cü ilin 1 oktyabr vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal-qaranın baş sayı 68172 baş, o cümlədən, inək və çamışların baş sayı 32666 baş, qoyun və keçilərin baş sayı 115984 baş olmuşdur. 2023-cü ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın baş sayı 31 baş, qoyun və keçilərin baş sayı isə 129 baş artmışdır.
İri buynuzlu mal qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 59 baş artmışdır.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri üzrə 2024-cü ilin 1-i oktyabr vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 509 baş, o cümlədən, inək və çamışların sayı 256 baş, qoyun və keçilərin baş sayı isə 7594 baş olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal qaranın sayı 214 baş, o cümlədən, inək və camışların sayı 87 baş, qoyun və keçilərin sayı isə 1714 baş azalmışdır.
Heyvandarlıq sahəsində 21 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir.
Mal-qaranın sayı (bütün təsərrüfat kateqoriyaları üzrə), baş
|
|||
Göstəricilərin adı |
01.10.2024-cü il tarixinə
|
01.10.2023-cü il tarixinə
|
2023-cü ilin müvafiq dövrünə nisbətən fərqi +,- |
İri buynuzlu mal-qara |
68172 |
68141 |
31 |
o cümlədən: - inək və camışlar |
32666 |
32607 |
59 |
Qoyun və keçilər |
115984 |
115855 |
129 |
7. Kənd təsərrüfatı haqqında ümumi məlumat
Rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. 2024-cü ilin 9-ayı ərzində istehsal edilmiş kənd təsərrüfatı üzrə məhsul buraxılışı ilkin hesablamalara əsasən 187341,7 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,9 faiz az olmuşdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 119228,7 min manat və ya 63,6 faizi bitkiçilik məhsullarının, 68113,0 min manat və ya 36,4 faizi heyvandarlıq məhsullarının payına düşür.
Kənd təsərrüfatının sahələri üzrə məhsul buraxılışı, min manat
Sahələrin adı |
2024-cü il yanvar-sentyabr faktiki qiymətlərlə |
2023-cü il yanvar-sentyabr faktiki qiymətlərlə |
Fərq faktiki qiymətlərlə +;- |
Ümumi istehsalda xüsusi çəki, faizlə |
Kənd təsərrüfatı sahəsi |
187341,7 |
184186,8 |
3154,9 |
100,0 |
o cümlədən: - bitkiçilik |
119228,7 |
120119,5 |
-890,8 |
63,6 |
- heyvandarlıq |
68113,0 |
64067,3 |
4045,7 |
36,4 |
8. Heyvandarlıq məhsullarının istehsalı haqqında
2024-cü ilin yanvar-sentyabr ayları ərzində ət istehsalı (diri çəkidə) 5940,8 ton, süd istehsalı 32397,1 ton, yumurta istehsalı 11333,0 min ədəd, yun istehsalı 234,2 ton, barama istehsalı 0,9 ton olmuşdur. Əvvəki ilin müvafiq dövrü ilə müqayisədə 4,7 ton ət, 4,9 ton süd, 102,0 min ədəd yumurta, 2,6 ton yun çox istehsal olunmuşdur. Barama istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 ton az olmuşdur.
|
9. Tikinti işləri haqqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində tikinti təşkilatları və fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 6421,9 min manat həcmində tikinti işləri yerinə yetirilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olmuşdur. Görülmüş tikinti işlərinin 2416,2 min manatını və ya 37,6 faizini tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilməsi işləri, 1129,5 min manatını və ya 17,6 faizini əsaslı təmir, 2302,0 min manatını və ya 35,9 faizini cari təmir, 574,2 min manatını və ya 8,9 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Yerinə yetrilmiş tikinti işlərinin dəyəri, min manat
|
|||
Sahələrin adı |
2024-сü ilin yanvar-sentyabr aylarında |
2023-сü ilin yanvar-sentyabr aylarında |
2023-cü ilin müvafiq dövrünə nisbətən, faizlə |
Cəmi tikinti işləri |
6421,9 |
5742,5 |
111,8 |
o cümlədən: - tikinti, yenidənqurma, genişləndirmə, texniki avadanlıqlar və cihazlarla yenidən təchiz edilmə |
2416,2 |
4161,8 |
58,1 |
- əsaslı təmir |
1129,5 |
451,8 |
2,5 d |
- cari təmir |
2302,0 |
1128,9 |
2,0 d |
- sair işlər |
574,2 |
- |
- |
10. İnvestisiyalar haqqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın həcmi 6104,7 min manat olaraq əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103,4 faiz çox olmuşdur. İstifadə olunan investisiyanın 5738,6 min manatı və ya 94,0 faizi dövlət vəsaiti, 366,1 min manatı və ya 6,0 faizi isə qeyri dövlət vəsaitləri hesabına olmuşdur.
11. Nəqliyyatın əsas göstəriciləri haqqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat müəssisələri və nəqliyyat sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən məhsul buraxılışının həcmi 3037,9 min manat olmuşdur ki, ötən ilin müvafiq dövrünə nisbətən 273,0 min manat və ya müqayisəli qiymətlərlə 11,9 faiz artmışdır. Məhsul buraxlışının həcmindən 305,2 min manatı hüquqi şəxslərin, 2732,7 min manatı isə fiziki şəxslərin payına düşür. 2024-сü ilin yanvar-sentyabr ayları ərzində fiziki şəxslər tərəfindən 5112,0 min sərnişin, 399,0 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 320,0 min və ya 6,7 faiz çox sərnişin, 25,0 min ton və ya 6,7 faiz çox yük daşınmışdır.
Nəqliyyat sektorunda məhsul buraxılışı və fiziki şəxslər tərəfindən sərnişin və yük daşınmanın həcmi aşağıdakı cədvəldə göstərilmişdır.
Nəqliyyat sektorunun əsas göstəriciləri
|
|||
Sahələrin adı |
2024-сü ilin yanvar- sentyabr aylarında |
2023-сü ilin yanvar- sentyabr aylarında |
2023-cü ilin müvafiq dövrünə nisbətən, +,- |
Nəqliyyat sektorunda məhsul buraxılışı (min manat) |
3037,9 |
2764,9 |
273,0 |
o cümlədən: - hüquqi şəxslər üzrə (min manat) |
305,2 |
164,4 |
140,8 |
- fiziki şəxslər üzrə (min manat) |
2732,7 |
2600,5 |
132,2 |
Sərnişin daşınma fiziki şəxslər üzrə (min sərnişin) |
5112,0 |
4792,0 |
320,0 |
Yük daşınma həcmi fiziki şəxslər üzrə (min ton) |
399,0 |
374,0 |
25,0 |
12. Rabitənin əsas göstəriciləri haqqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəssisə-təşkilatlara və əhaliyə göstərilən xidmətlərin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 1234,7 min manat olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 556,2 min manat və ya müqayisəli qiymətlərlə 81,2 faiz çox olmuşdur. Rabitə xidmətlərinin həcmindən əhaliyə göstərilən rabitə xidmətlərinin (ƏDV-siz) faktiki qiymətlərlə dəyəri 975,3 min manat olmuş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 410,4 min manat çox olmuşdur.
Rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə dəyəri, min manat
|
|||
Göstəricilərin adı |
2024-сü ilin yanvar-sentyabr aylarında |
2023-сü ilin yanvar-sentyabr aylarında |
2023-cü ilin müvafiq dövrünə nisbətən, +,- |
Rabitə xidmətlərindən əldə olunan gəlir (ƏDV-siz) |
1234,7 |
678,5 |
556,2 |
ondan: - əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri (ƏDV-siz) |
975,3 |
564,9 |
410,4 |
13. Pərakəndə ticarət dövriyyəsi haqqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi 242818,3 min manat olmuşdur ki, bunun da 27698,8 min manatı və ya 11,4 faizi hüquqi şəxslərin, 215119,5 min manatı və ya 88,6 faizi fərdi sahibkarların payına düşür.
Pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3528,1 min manat və ya müqayisəli qiymətlərlə 0,6 faiz artmışdır.
Pərakəndə ticarət dövriyyəsinin 120140,6 min manatı və yaxud 49,5 faizi ərzaq malları, içkilər və tütün məmulatlarının, 122677,7 min manatı və yaxud 50,5 faizi qeyri-ərzaq mallarının payına düşür. Pərakəndə ticarət dövriyyəsinin 242812,3 min manatı və ya 99,9 faiz özəl sektorun payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində mal qalığı 24896,5 min manat olmuşdur.
Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manat
|
||||
Göstəricilərin adı |
pərakəndə ticarət dövriyyəsinin həcmi |
o, cümlədən |
01.10.2024-cü il tarixinə mal qalığı |
|
ərzaq malları, içkilər və tütün məmulatları |
qeyri-ərzaq malları |
|||
Rayon üzrə cəmi |
242818,3 |
120140,6 |
122677,7 |
24896,5 |
o cümlədən; - Hüquqi şəxslərüzrə cəmi |
27698,8 |
10506,6 |
17192,2 |
1412,0 |
- Fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə, cəmi |
215119,5 |
109634,0 |
105485,5 |
23484,5 |
o cümlədən : - Bazar və yarmarkalar üzrə |
74734,7 |
39703,5 |
35031,2 |
- |
- Hüquqi şəxs yaratmadan ticarətlə məşğul olan fərdi sahibkarlar üzrə |
140384,8 |
69930,5 |
70454,3 |
23484,5 |
14. Ödənişli xidmətlər haqında
2024-сü ilin yanvar-sentyabr ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 29668,0 min manat olmuşdur ki, bunun da 5417,4 min manatı və ya 18,3 faizi hüquqi şəxslərin, 24250,6 min manatı və ya 81,7 faizi isə fərdi sahibkarların payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1413,0 min manat və ya müqayisəli qiymətlərlə 1,6 faiz artmışdır. Göstərilən ödənişli xidmətlərin həcmindən 3811,0 min manatı məişət xidməti olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 129,0 min manat və ya müqayisəli qiymətlərlə 1,0 faiz çoxdur. 2024-сü ilin yanvar-sentyabr ayları ərzində iaşə dövriyyəsinin həcmi 5063,0 min manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 171,0 min manat və ya müqayisəli qiymətlərlə 1,3 faiz çox olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi, min manatla |
||
Göstəricilərin adı |
Ödənişli xidmətlərin həcmi 2024-cü il yanvar-sentyabr |
o, cümlədən; məişət xidməti |
Rayon üzrə cəmi |
29668,0 |
3811,0 |
o cümlədən : - hüquqi şəxslər üzrə |
5417,4 |
- |
- fərdi sahibkarlar üzrə |
24250,6 |
3811,0 |
15. Yeni iş yerləri haqqında
2024-cü ilin yanvar-sentyabr aylarında rayonda inkişaf edən yeni iqtisadi münasibətlər şəraitində əhalinin iqtisadi fəallığı artmış və fəaliyyət sahələri genişlənmişdir. Cari ilin ilk 9-ayı ərzində 54 yeni iş yeri açılmışdır ki, bunun 41-i yeni yaranmış, 12-si mövcud, 1-i isə fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərin payına düşür.
Yeni açılmış iş yerləri haqqında məlumat (vahid)
|
||
Göstəricilərin adı |
2024-cü ilin III rübündə |
İlin əvvəlindən |
Hüquqi şəxslər üzrə yeni açılmış iş yerlərinin sayı |
11 |
54 |
o cümlədən: - yeni yaradılmış hüquqi şəxslərdə |
2 |
41 |
- mövcud hüquqi şəxslərdə |
9 |
12 |
- fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərdə |
- |
1 |
16. İqtisadi fəal əhali haqqında
01.07.2024-cü il tarixinə bütün işləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali 59741 nəfər olmuşdur ki, bununda 57309 nəfəri məşğul əhali, 2432 nəfəri işsiz əhalidir.
2024-cü ilin iyul ayının 1-i vəziyyətinə iqtisadi fəal, məşğul və işsiz əhalinin yaşayış yerinə görə say bölgüsü, nəfər
|
|||
Göstəricilərin adı |
İqtisadi fəal əhali |
Məşğul əhali |
İşsiz əhali |
Rayon üzrə cəmi |
59741 |
57309 |
2432 |
o cümlədən: - şəhər yeri üzrə |
10840 |
10051 |
789 |
- kənd yeri üzrə |
48901 |
47258 |
1643 |
17. Muzdla çalışanlar və orta aylıq əməkhaqqı haqqında
2024-cü ilin sentyabr ayının 1-i vəziyyətinə rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8491 nəfər olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 214 nəfər çoxdur. Muzdla çalışan işçilərin 5373 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 3118 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 29,0 faizi təhsil, 25,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,5 faizi sənaye, 8,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 7,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,8 faizi tikinti, 3,7 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 1,0 faizi peşə, elmi və texniki fəaliyyət, 0,6 faizi informasiya və rabitə, 0,5 faizi maliyyə və sığorta fəaliyyəti, 0,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 0,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,2 faizi isə iqtisadiyyatın digər sahələrində xidmətlərin göstərilməsi olmuşdur.
2024-cü ilin yanvar-avqust aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,8 faiz artaraq 642,1 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, təhsil, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
2024-cü ilin 1 sentyabr tarixinə işləyənlərin sayı və yanvar-may aylarında orta aylıq nominal əmək haqqı barədə məlumat
|
||||
Fəaliyyət növünün adı |
2024-cü ilin yanvar-avqust aylarında |
2023-cü ilin yanvar-avqust aylarında |
||
İşləyənlərin sayı 01.09.2024-cü il tarixinə (nəfər) |
Orta aylıq nominal əməkhaqqı (manat) |
İşləyənlərin sayı 01.09.2023-cü il tarixinə (nəfər) |
Orta aylıq nominal əməkhaqqı (manat) |
|
1 |
2 |
3 |
4 |
5 |
Cəmi |
8491 |
642,1 |
8277 |
549,6 |
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq |
752 |
534,3 |
765 |
528,7 |
Emal sənayesi |
643 |
611,3 |
618 |
615,1 |
Mədənçıxarma sənayesi |
4 |
362,5 |
4 |
348,4 |
Elektirik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
131 |
768,3 |
125 |
757,6 |
Su təchizatı, tullantların təmizlənməsi və emalı |
284 |
377,9 |
252 |
417,3 |
Tikinti |
319 |
587,8 |
316 |
589,1 |
Ticarət; nəqliyyat vasitələrin təmiri |
2157 |
383,6 |
2093 |
365,0 |
Nəqliyyat və anbar təsərrüfatı |
33 |
554,2 |
32 |
425,7 |
İnformasiya və rabitə |
56 |
909,0 |
50 |
471,8 |
Maliyyə və sığorta |
43 |
1410,1 |
43 |
1232,1 |
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar |
8 |
378,5 |
8 |
380,9 |
Peşə, elm və texniki fəaliyyət |
82 |
525,6 |
84 |
535,6 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
7 |
388,7 |
3 |
345,0 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
521 |
838,5 |
528 |
808,7 |
Təhsil |
2462 |
866,6 |
2376 |
591,1 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
658 |
743,3 |
665 |
683,9 |
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət |
315 |
479,9 |
296 |
509,4 |
Digər sahələrdə xidmətlərin göstərilməsi |
16 |
1256,5 |
19 |
1176,4 |