insanhaqlari.az

HAQQIMIZDA

“İNSAN HAQLARI”
HÜQUQ XİDMƏTLƏR MƏRKƏZİ.




Əziz vətəndaşlar, hüquqi və fiziki şəxslər!
“İNSAN HAQLARI” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası ərazisində, istərsə də onun hüdudlarından kənarda bütün növ hüquqi xidmətləri həyata keçirir.
Hüquqi şəxslərin, filial və ya nümayəndəliklərin qeydiyyatı, qeydiyyat sənədlərində dəyişikliklərin edilməsi, qeydiyyata alınmış müəssisələrin fəaliyyətinin dayandırılması, onların ləğv edilməsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin qeydiyyatı və fəaliyyətinin dayandırılması korporativ hüququn əsas tərkib hissələrinə daxildir. Bu sahədə əldə etdiyimiz çoxillik təcrübə sayəsində biznesinizin düzgün qurulmasına yardım edib, hüquqi xidmətlər göstərməklə, hər an sizlərə arxa və dəstək olmağa hazırıq.
Ailə-nikah münasibətləri mülki hüquqda kifayət qədər geniş mübahisə yaradan məsələlərdəndir. İstər ailə həyatı qurmamışdan əvvəl nikah müqaviləsi ilə bağlı maraqlandığınız suallara cavab verə, istərsə də ailə qurduqdan sonra yaranmış mübahisələrlə bağlı sizə dəstək dura bilərik.
Əmlak məsələləri mülki hüququn əsas bölmələrindən biridir. Vaxtilə sərəncamla istifadəyə verilmiş torpaqların, mənzillərin özəlləşdirilməsi, alqı-satqı məsələləri, qeydiyyat, o cümlədən ev sahibinin vəfat etməsindən sonra mülkiyyətin, yəni miras əmlakın bölüşdürülməsi çətin prosedurlardan biri olub, hüquqşünas dəstəyinə ehtiyac yaradır. Məhz bu çətinlikləri aradan qaldırmaq üçün “İNSAN HAQLARI” Məhdud Məsuliyyətli Cəmiyyəti sizlərə öz yardımını göstərə bilər.
Əmək prosesində qarşılaşdığınız problemlər, əmək müqavilələrinin bağlanması, işçilərin sığortalanması, səmərəli əmək şəraitinin yaradılması və s. üzrə istər işçilər, istərsə də işəgötürənlər bizim təcrübəmizdən faydalana bilərlər.
Vergi ödənişləri ilə bağlı problemləriniz varsa, eləcə də vergi orqanları ilə hər hansı bir məsələyə yanaşma mübahisələnirsə, bu zaman sizin problemlərinizi üzərimizə götürüb həll edə bilərik.
Bundan başqa, yerli və beynəlxalq məhkəmə instansiyalarında təmsilçilik, eləcə də vəkil xidmətinin göstərilməsi “İNSAN HAQLARI” MMC-nin fəaliyyət dairəsinə aiddir.
Sizin maraqlara öz marağı kimi yanaşan “İNSAN HAQLARI” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməklə, dəyərli vaxtınızı, vəsaitinizi, əsəblərinizi və enerjinizi qoruyacaqsınız!

Unibak: 4098 6044 0400 6490
Hesab nömrəsi: AZ55UBAZ05892238640190USD001

QAZİ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ XİDMƏT PULSUZDUR.

(+99477) 281-28-28.
(+99455) 759-30-40.

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930