insanhaqlari.az

Bu gün Azərbaycanın ən güclü şahmatçıları bəlli olacaq

15-02-2025 Baxılıb: 0

Bu gün şahmat üzrə Azərbaycan çempionatına yekun vurulacaq.

Mükafatçıların adına tay-brek görüşlərindən sonra aydınlıq gələcək.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, qadınların yarışında isə Gövhər Beydullayeva və Günay Məmmədzadə öz aralarında qalibləri müəyyənləşdirəcəklər. Hər iki dueldə ilk 2 oyundan sonra hesab bərabərdir - 1:1.

Qadın şahmatçılar arasında 3-cü yer uğrunda qarşılaşmada isə Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva münasibətlərinə tay-brekdə aydınlıq gətirəcəklər.

Həlledici qarşılaşmalar saat 15:00-da start götürəcək.

Qeyd edək ki, kişilərin mübarizəsində Teymur Rəcəbov səhhətindəki problemlə əlaqədar 3-cü yer uğrunda görüşlərə çıxmadığından Misrətdin İskəndərov avtomatik olaraq bürünc medala sahib çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728