insanhaqlari.az

Türkiyə Prezidenti Pakistana səfər edib

13-02-2025 Baxılıb: 0

Türkiyə Prezidenti Pakistana səfər edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.

Türkiyə liderini İslamabad aeroportunda Pakistan Prezidenti Asif Ali Zerdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə Prezidentini nazirlər, yüksəkvəzifəli dövlət rəsmiləri və korporativ rəhbərlərdən ibarət yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edib. Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.

Sessiyanın sonunda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir. Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728