insanhaqlari.az

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub

15-02-2025 Baxılıb: 0


SOCAR-ın prezidenti Rövşən Nəcəf Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal ilə görüşüb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə SOCAR ilə Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, o cümlədən enerji sektorunda davamlı inkişafın təmin edilməsi və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinə dair məsələlər müzakirə olunub.

Söhbət zamanı SOCAR-ın dekarbonizasiya hədəfləri, dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq həyata keçirilən layihələr barədə məlumat verilib. Tərəflər bərpaolunan enerji layihələrinin inkişafı, karbon emissiyalarının azaldılması istiqamətlərində əlaqələrin genişləndirilməsi, enerji sektorunda davamlı inkişafın təmin olunması məqsədilə təcrübə mübadilələrinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728