insanhaqlari.az

“Şahdəniz” Kompressiya layihəsinin ƏMSSTQ sənədinin layihəsini müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək

17-02-2025 Baxılıb: 1

“Şahdəniz” Kompressiya layihəsinin ƏMSSTQ sənədinin layihəsini müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək


bp Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində “Şahdəniz” Kompressiya (ŞDK) layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.

bp bütün tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı tarixdə və ünvanda keçiriləcək:

18 fevral 2025-ci il

10:00 - 12:00

“Hilton Baku” oteli, “Lazurit” zalı,

(Azadlıq prospekti, 1B)

Görüşdə sənəd haqqında ətraflı təqdimatlar olacaq və auditoriyanın sualları və rəyləri ətrafında müzakirə keçiriləcək. Rəylər [email protected] elektron poçt ünvanına da göndərilə bilər.

ƏMSSTQ və Qeyri-texniki Xülasə sənədlərinin layihə variantlarının nüsxələri və rəy formaları ictimaiyyətin tanış olması üçün 27 yanvar 2025-ci il tarixindən aşağıdakı ünvanlarda yerləşdirilib:

- bp-nin “Xəzər Mərkəzi” ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153

- Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elmi kitabxanası, Hüseyn Cavid prospekti 31

- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20

- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a

- Bakı Ali Neft Məktəbinin kitabxanası, ali məktəbin kampusu, yeni Salyan şosesinin 3-cü kilometri.

Bundan əlavə, sənədlər bp-nin veb-saytından da yüklənə bilər:

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/shah-deniz-/Sahdeniz-kompressiya-layihesi.html

İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/shah-deniz-/Shah-Deniz-Compression-Project.html






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728