insanhaqlari.az

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

18-02-2025 Baxılıb: 0

Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi fəaliyyətə başlayacaq


Cari ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkəti tərəfindən elektrik mühərrikli avtobusların istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Agentlikdən bildirilib ki, artıq şirkətin istehsalı üçün lazımi infrastruktur qurulub, yaxın günlərdə isə istehsal xəttinin quraşdırılmasına start veriləcək, işlərin aprel ayında yekunlaşdırılması planlaşdırılır. May ayından etibarən isə ilk elektrikli avtobusların sənaye üsulu ilə yığımına başlanılacaq.

İllik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobusun yığımı həyata keçiriləcək.

Növbəti ildən etibarən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslara olan təlabatın 40 faizinin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur. İnvestisiya dəyəri 29 milyon manat təşkil edən layihə çərçivəsində 600 nəfər işlə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728