insanhaqlari.az

“Sumqayıt”la oyun “Zirə” üçün 2 yubileylə əlamətdar olub

17-02-2025 Baxılıb: 1

“Sumqayıt”la oyun “Zirə” üçün 2 yubileylə əlamətdar olub


Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la səfər oyunu “Zirə” üçün 2 yubileylə əlamətdar olub.

Paytaxt təmsilçisi bu görüşdə 50-ci səfər qələbəsini qazanıb. Rəşad Sadıqovun komandası 3:0 hesabı ilə qalib gəlib.

Bu, 2015-ci ildə Premyer Liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. “Qartallar” ölkə çempionatları tarixinə səfərdə 50 və daha çox qələbə qazanan 10-cu komanda kimi düşüb. “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”ə çatıb.

Gürcüstanlı futbolçu Davit Volkov isə “Zirə”də 100-cü oyununu keçirib. 29 yaşlı forvard bu görüşlərdə 34 qola imza atıb.

2020-2022-ci illər mövsümündə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728