insanhaqlari.az

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var.

13-02-2025 Baxılıb: 13

 

Bu gün ölkəmizdəki iqtisadi inkişaf, sabitlik bütün dünyada təqdir edilməkdədir. Şübhəsiz, bu Davos İqtisadi Forumu da ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə yeni nüanslar əlavə edəcək və  bu da ölkə iqtisadiyyatının gələcək inkişafını daha da sürətləndirəcək.  Bütün bunlar da vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına növbəti töhfə verəcək.

Ənənəvi Davos İqtisadi Forumu bu il də yanvarın 20-dən 24-nə kimi yenidən İsveçrədə keçirildi. Forumda 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkədən 3000-ə yaxın lider iştirak edib. Sayca 55-ci olan Forum bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşıb. Forum hazırkı dövrün əsas çağırışlarının müzakirəsində, birgə qərarların qəbul edilməsində mühüm paltforma kimi diqqətdədir. Ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biri olan Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev İsveçrə Konfederasiyasına səfərə gəldi. Dövlətimizin başçısı səfər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında bir sıra ölkələrin, həmçinin tanınmış şikətlərin rəhbərləri ilə görüşdü, qarşılıqlı əlaqələr müzakirə edildi.

Həmçinin səfər çərçivəsində dövlətimizin başçısı yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Ölkəmizin başçısı bu müsahibədə digər məsələlərlə bağlı Cin Xalq Respublikası ilə mövcud əlaqələrə də toxunub. Qeyd edilib ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş olublar. Ötən ilin yayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addım sayılmalıdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir. Bununla əlaqədar Ölkəmiz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayır. 

Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycanın bu təşkilatdakı statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, Azərbaycanın coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaqdır. Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

Ölkə başçısı öz müsahibəsində qeyd edib ki, “Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Azərbaycan iqlim dəyişikliyi ilə bağlı məsələlərlə dərindən məşğul olmağa başlayanda iqlim dəyişikliyi səbəbindən ekzistensial təhlükə ilə üzləşən ölkələrdə yüksək dərəcədə narazılığın olduğu görüldü. Bundan hamı, o cümlədən Azərbaycan da ciddi əziyyət çəkir. Ölkə başçısının vurğuladığı kimi, “Lakin elə ölkələr var ki, – xüsusilə kiçik ada dövlətləri, – onların mövcudluğuna təhlükə var. Bəzən onların məsələsi gündəliyə daxil olmur, biz isə bunu etdik. Bakıda keçirilən COP29-da ən mühüm tədbirlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə görüşü idi. Orada Azərbaycan bu ölkələrə əməli dəstək göstərmək üçün çox iddialı gündəlik irəli sürdü. Aydın məsələdir ki, böyük aktorların birgə yanaşması olmadan həmin ölkələri və iqlim məsələləri ilə məşğul olmaq üçün maddi ehtiyatları olmayan ölkələri dəstəkləmək çətin olacaq. Düşünürəm ki, üzərinə bu yükü götürən ölkələrin məsuliyyəti daha çox iş görməkdir. Qlobal Cənub tamamilə obyektiv olaraq dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir”.

 

Günel Zeynalova,

Salyan rayonu Kürqaraqaşlı kənd tam orta ümumtəhsil məktəbin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728