insanhaqlari.az

"Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib

15-02-2025 Baxılıb: 0


Fevralın 15-də "Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən forumda 600-dən çox müəllim iştirak edib. Forumda Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AGMA-nın sədri Pərvinə Qədimova forumun məqsəd və əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzunun təhsil sistemi üçün əhəmiyyətindən, son dövrlər bu sahədə görülən işlərdən danışıblar.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov isə "Rəqəmsal Məktəb" platforması haqqında məlumat verib. Digər çıxışçılar da gənc müəllimlərin “Süni intellektin təhsildə tətbiqi” mövzusunda maarifləndirilməsinin olduqca məqsədəuyğun və vacib olduğunu qeyd ediblər.

Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbələri "Qəlbimin səsi", "Çardaş" və "Odlar Yurdu" əsərləri ilə tədbirin bədii hissəsinə rəng qatıblar.

Forum işini panel müzakirələrlə davam etdirib. Burada iştirakçılar “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” və “Rəqəmsal resurslar və süni intellekt: Effektiv təhsil platformalarının inkişafı” adlı mövzularda çıxış edərək müəllimləri maraqlandıran sualları cavablandırıblar.

Sonda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Birlik rəhbərləri tərəfindən fənn müəllimləri üçün müxtəlif otaqlarda praktik məşğələlər keçirilib.

Sonda AGMA-nın fəal üzvləri təltif ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728