Koreya hökuməti Çinin “DeepSeek” süni intellekt tətbiqinin yerli xidmətini dayandırıb
Koreya hökuməti Çinin süni intellekt tətbiqi olan “DeepSeek”in yerli xidmətini dayandırıb.
Bununla bağlı Yonhap xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, hökumət tətbiq vasitəsilə məlumatların toplana biləcəyini ehtimal edir.
Şəxsi Məlumatların Qorunması Komissiyası xidmətin Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarına uyğun olaraq “təkmilləşdirmələr” edildikdən sonra bərpa ediləcəyini bildirib.