insanhaqlari.az

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

15-02-2025 Baxılıb: 0

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub


Fevralın 15-də Rusiyanın Altay Respublikasında 6,4 maqnitudalı zəlzələ baş verib. Onun episentri Qoş-Aqaç rayonunun Beltir kəndi yaxınlığında olub.

Yeraltı təkanlar Altay Respublikasında, eləcə də Altay diyarı, Kemerovo və Novosibirsk vilayətlərində hiss olunub.

Bəzi məskunlaşmış ərazilərdə binalara cüzi ziyan dəysə də, onların konstruksiya elementlərinə təsir etməyib. Bölgənin rəhbəri Andrey Turçak yüksək hazırlıq rejiminin tətbiq olunduğunu açıqlayıb. Qoş-Aqaç və Ulaqanski rayonlarında məktəblərdə dərslər dayandırılıb və kütləvi tədbirlər ləğv edilib.

Yeraltı təkanları Novosibirsk sakinləri də hiss ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728