insanhaqlari.az

"Bunları Unutmaq Olmaz"

21-02-2025 Baxılıb: 5

Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 20-ci əsrin ən dəhşətli və qanlı faciəsini,Xocalı soyqırımını törətdilər.
Bu İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırgınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin və Rusiyanın 366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
Azərbaycanın qədim sivilizasiya mərkəzlərindən olan Xocalı şəhəri hələ 1991-ci ilin oktyabr ayından hər tərəfdən düşmən əhatəsində idi.
Xocalıya hücum edən ermənilər Xankəndindəki 366-cı rus alayının hərbi texnikası ilə silahlanmışdılar.
Bu hücum fevralın 25-i axşam başlandı.
Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir:613 nəfər öldürülmüşdür(63 nəfər uşaq,106 nəfər qadın,70 nəfər qoca); 8 ailə tamamilə məhv edilmişdir,25 uşaq valideynlərinin hər ikisini itirmişdir,487 nəfər yaralanmışdır, 1275 nəfər əsir düşmüşdür,150 nəfər itkin düşmüşdür,dövlətə və mülki vətəndaşlara ziyan dəymişdir. 
Azərbaycan Respublikasının Milli Məclisi 26 fevralı "Xocalı soyqırımı günü"elan etmişdir.
Hər il xalqımız fevralın 26-da saat 17/00da Xocalı şəhidlərinin müqəddəs ruhunu bir dəqiqəlik sükutla yad edir.
Bəşəriyyət 20-ci əsrdə bir çox müdhiş soyqırım və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur.
Xocalı onların içərisində daha dəhşətlisidir.
Xocalı indi azaddır.
Amma Xocalı soyqırımı  hər zaman hafizələrdə qalacaq.
Şükür indi Qarabağ azaddır.
Xocalıya və digər azad olmuş ərazilərimizə həyat qayıdır.
44 günlük müharibə xalqımızın zəfər qazanmaqla Xocalı soyqırımı qurbanlarının ruhunu şad etdi.
Bu gün Xocalıda üçrəngli bayrağımız dalğalanır .
Bu qələbəni bizə yaşadan MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN Prezident İlham Əliyevə ,Qalib Ordumuzun hərbiçilərin minnətdarlığımı bildirirəm.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə də möhkəm cansağlığı arzulayıram.

Zöhrə Səmədova.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728