insanhaqlari.az

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

08-02-2025 Baxılıb: 0

Sosial Xidmətlər Agentliyi: Yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq himayədar ailəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2025-ci ilin yanvar ayında 6 uşaq övladlığa, 2 uşaq isə himayədar ailəyə verilib.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə ötən dövrdə övladlığa və himayədar ailəyə verilmiş uşaqların ailədəki vəziyyətinin öyrənilməsi məqsədilə son bir ayda 110 monitorinq keçirilib.

Reinteqrasiya tədbirləri də davam etdirilib və 21 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 14 uşaq isə müəssisələrdən ailələrinə reinteqrasiya edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728