insanhaqlari.az

Gədəbəydə 36 min yeni ağac əkilib

04-02-2025 Baxılıb: 0

Gədəbəy rayonunda 36 min yeni ağac əkilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, ekoloji mühitin sağlamlaşdırılması, yaşıllıqların qorunub saxlanılması, sahəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin inkişafı məqsədilə ötən il rayondakı küçələrin, magistral yolların kənarlarına, parklara və digər ərazilərə çinar, şam, palıd və digər növdə yerli iqlim şəraitinə uyğun ağaclar, eləcə də meyvə ağacları əkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə meşəlik ərazilərdə də meşəcinsli ağaclarla yaşıllıqların sayı çoxaldılıb. Gədəbəyin yaşıllaşdırılması üçün işlər bu il də davam etdirilir. Rayon ərazisində minlərlə ağac tinginin əkilməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728