insanhaqlari.az

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri yaxın günlərdə açıqlanacaq

04-02-2025 Baxılıb: 0

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri yaxın günlərdə açıqlanacaq


Azərbaycan, Rusiya, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.

Insanhaqlari.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırma barədə açıqlamasında bildirib.

Mütəxəssislərin işlərini davam etdirdiklərini deyən nazir əlavə edib: “Onlara işlərini başa çatdırmaq üçün vaxt lazımdır. Bu, çox incə və zəhmət tələb edən işdir”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədəki 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728