insanhaqlari.az

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

12-02-2025 Baxılıb: 0

İtaliyada mafiyanın 181 üzvü həbs olunub


İtaliyanın Siciliya adasında təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi birgə əməliyyat nəticəsində “Koza Nostra” (Cosa Nostra) mafiya şəbəkəsinə daxil olan 181 nəfər həbs edilib.

Palermoda keçirilən əməliyyat zamanı həbs olunanlar narkotik vasitələrin qanunsuz dövriyyəsi, korrupsiya, silah saxlama, şantaj və digər cinayət əməllərində şübhəli bilinirlər.

İtaliyanın Baş naziri Ciorcia Meloni əməliyyat nəticəsində “Koza Nostra” mafiya qruplaşmasına çox ağır zərbə vurulduğunu və dövlətin mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsini davam etdirəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728