Haqqa gedən yoldayam
Düşünməyin, susmuşam,
Mən kənarda durmuşam,
Sözlərimi yığmışam…
Haqqa gedən yoldayam.
Gözlər görüb kor oldu,
Qulaq duydu, kar oldu,
Ürək yaman qan oldu…
Haqqa gedən yoldayam.
Dünya zalım dünyadır,
İnsan odunda yandı,
Saxtakara yanıldı…
Haqqa gedən yoldayam.
Fanilərə inandı,
Axirətini satdı,
Doğmalarını atdı…
Haqqa gedən yoldayam.
Yalan doğru danışır,
Sözlər dildə dolaşır,
Suallar məni aşır…
Haqqa gedən yoldayam.
Boğularaq baxıram,
Dənizində batıram,
Tanrım, sənə çatıram…
Haqqa gedən yoldayam.
Xəyalə Dəniz
06.02.2025