insanhaqlari.az

ETSN-də növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib

04-02-2025 Baxılıb: 0

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) növbəti qanvermə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

ETSN talassemiya və irsi qan xəstəliklərindən əziyyət çəkənlərə dəstək vermək və onları həyata bağlayan bir ümid olmaq üçün səhhəti imkan verən hər kəsi bu xeyirxah aksiyaya qoşulmağa çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728