insanhaqlari.az

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir

13-02-2025 Baxılıb: 0

İsveç Erebru faciəsindən sonra məktəblərdə təhlükəsizliyi gücləndirir


İsveç hökuməti və İsveç Demokratları partiyası bu yaxınlarda Erebruda baş vermiş kütləvi atışmadan sonra ibtidai və orta məktəblərdə, həmçinin böyüklər üçün nəzərdə tutulmuş məktəblərdə təhlükəsizliyin gücləndirilməsi üçün yeni tədbirlər təklif edib.

insanhaqlari.az xəbər verir ki, əsas dəyişikliklər arasında məktəbin şəxsi heyətinə şagirdlərin çantalarını yoxlama icazəsinin verilməsi, təhsil müəssisələrinə giriş üçün nəzarətin gücləndirilməsi və video izləmə sisteminin genişləndirilməsini qeyd etmək olar.

Hökumətin təklif etdiyi tədbirlərdən biri olan təhsil müəssisələrinə girişə nəzarətin gücləndirilməsi mexanizminin icrası hər məktəbə görə dəyişəcək, lakin təhsil naziri Yoxan Personun sözlərinə görə, bu təklif açar, kod və giriş kartları vasitəsilə həyata keçirilə bilər.

O qeyd edib ki, məktəblər bina daxilində sığınacaq tapmaq təcrübəsini yanğın zamanı təxliyə tədbirlərinin yoxlanılması kimi mütəmadi sınaqdan keçirməlidir.

Bütün məktəb və uşaq bağçalarından fövqəladə vəziyyət halları üçün fəaliyyət planını hazırlamaq tələb olunacaq, məktəb direktorları isə təhsil müəssisəsinin ərazisində baş vermiş cinayətlərlə bağlı polisə məlumat verməlidirlər.

Məktəblərdə təhlükəsizlik məsələləri üzrə aparılan araşdırmalara rəhbərlik edən Yonas Trolle qeyd edib ki, Erebru faciəsində olduğu kimi odlu silahla gəzən motivasiyalı cinayətkarın qarşısını almaq olduqca çətindir, lakin ədliyyə naziri Qunnar Strömerin sözlərinə görə, bu cür silahlı hücumların qarşısını almaq üçün tədbirlər hazırlanıb.

Parlamentdə təkliflərə sürətli şəkildə baxılacaq ki, bu da yeni qərarın artıq iyulun 1-dən qüvvəyə minməsinə şərait yaradacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728