insanhaqlari.az

Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanılıb

07-02-2025 Baxılıb: 0

Türkmənistanda “Made in Azerbaijan” brendi məhsullarının onlayn satışına başlanılıb.

Azərbaycanın Türkmənistandakı səfirliyindən bildirilib ki, Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlayn platformada – “GiperTM”, “Ynamdar” və “AshgabatMarket”də satışa çıxarılıb.

Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. İlkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.

“Made in Azerbaijan” brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsullar təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb etməsinə imkan yaradır.

Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728