insanhaqlari.az

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlardan ibarət növbəti humanitar yardım göndərilib

07-02-2025 Baxılıb: 0

Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkı ərazisindən yola salınıb.

Məlum olduğu kimi, bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin 2025-ci il 5 fevral tarixli Sərəncamına əsasən, bir milyon dollarının manat ekvivalentində vəsait ayrılıb.

Energetika nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.

Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon dolları keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728