insanhaqlari.az

FHN şadlıq sarayı və restoran sahiblərinə müraciət edib

03-02-2025 Baxılıb: 0

FHN şadlıq sarayı və restoran sahiblərinə müraciət edib

Ölkə ərazisində yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, bir sıra fiziki və hüquqi şəxslər tərəfindən bu sahədə pozuntulara yol verilməsi hallarına rast gəlinir və bunun nəticəsində ağır fəsadlara səbəb olan hadisələr baş verir.

Bu barədə FHN-in şadlıq sarayı və restoran sahiblərinə müraciətində deyilir.

“Pirotexniki vasitələrdən istifadənin qanunla qadağan edilməsi və yaratdığı təhlükə ilə əlaqədar dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi şadlıq sarayı və restoranlar tərəfindən bu vasitələrdən istifadəyə, o cümlədən yanğın təhlükəli effekt yaradan səhnələrin təqdimatına şərait yaradılır ki, nəticədə acı fəsadlar ortaya çıxır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha şadlıq sarayı, restoran və digər iaşə obyektlərinin sahiblərinə müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyin vacibliyini, xüsusilə pirotexniki vasitələrdən istifadənin qanunla qadağan olunduğunu xatırladır və bu sahədə pozuntuya yol verən obyektlər barəsində qanunun imkan verdiyi ən sərt tədbirlərin görüləcəyini bildirir”, -deyə müraciətdə daha sonra bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728