insanhaqlari.az

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir

29-01-2025 Baxılıb: 0

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalar davam edir


Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmaları davam etdirir.

insanhaqlari.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, Qazaxıstanın baş prokurorunun müavini Qalımjan Koygeldiyevin sözlərinə görə, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

"İstintaq gedir, təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin olunub. İş mürəkkəbdir, nəticələri gözləyirik", - deyə Koygeldiyev bildirib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031