insanhaqlari.az

Məntəqə sədri: İndiyədək səs verməyə gələn ən yaşlı seçicimizin 78 yaşı var

29-01-2025 Baxılıb: 0


Seçki məntəqəsi açılandan indiyədək səsverməyə gələn ən yaşlı seçicimiz 78 yaşlı Nizami Əhmədovdur. O, səsverməyə həyat yoldaşı ilə gəlmişdi. Biz məntəqə adından ona rəmzi hədiyyə təqdim etdik.

Bu sözləriaçıqlamasında 8 saylı Binəqədi birinci seçki dairəsinin 10 saylı seçki məntəqəsinin sədri Sehranə Qasımova deyib.

Onun sözlərinə görə, məntəqəyə daşınan seçki qutusu ilə bağlı müraciət daxil olmayıb: “Seçici fəallığı qənaətbəxşdir. Ümumilikdə məntəqə üzrə 1383 seçici var. Qeydiyyatdan çıxma vərəqəsi üçün müraciət daxil olmayıb. Səhər saatlarında 80-ə yaxın seçici artıq səsvermə hüququndan istifadə edib. Məntəqə üzrə ən yaşlı seçici qadındır və onun 91 yaşı var. Ancaq hələlik səsvermədə iştirak etməyib”, - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031