insanhaqlari.az

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

27-01-2025 Baxılıb: 0

Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək


Fevralın 10-dan 14-dək quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat veriblər.

Bildirilib ki, monitorinq zamanı ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

Tədbir müddətində götürülmüş nümunələrin müvafiq müayinələri aparılacaq.

Məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031