insanhaqlari.az

Ötən il Almaniyadan 20 mindən çox qanunsuz miqrant deportasiya edilib

24-01-2025 Baxılıb: 0

Ötən il Almaniyadan 20 mindən çox qanunsuz miqrant deportasiya edilib


Ötən il Almaniyadan 20 min 84 nəfər deportasiya edilib. Bu, 2023-cü ildəkindən 22,2 faiz çoxdur. Həmin il 16 min 430 nəfər deportasiya olunub.

insanhaqlari.az “Tagesspiegel” qəzetinə istinadla xəbər verir ki, deportasiya edilənlər arasında ilk sıralarda Türkiyə, Gürcüstan və Əfqanıstan vətəndaşları olublar. Ötən il 1720 türk, 1678 gürcü və 1361 əfqan ölkələrinə geri göndərilib. Gürcüstan 2023-cü ilin sonunda Almaniya tərəfindən təhlükəsiz mənşə ölkəsi kimi dəyərləndirilib.

Təhlükəsiz mənşə ölkələri insanların təhlükəyə və qeyri-insani davranışa məruz qalma riskinin olmadığı ölkələr hesab edilir. Bu, miqrasiya ilə bağlı müraciətlərə baxılmasında əsas amil sayılır.

Ötən il Almaniyadan sığınacaq almaq üçün müraciət edənlərin sayında xeyli azalma qeydə alınıb. Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) yanvarın 9-da açıqladığı məlumata əsasən, 2024-cü ildə əksəriyyəti Suriya, Əfqanıstan və Türkiyədən olmaqla ümumilikdə 229 min 751 nəfər ölkədən sığınacaq almaq üçün müraciət edib. Bu, 2023-cü ildəkindən 100 min nəfər azdır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031