insanhaqlari.az

“Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

24-01-2025 Baxılıb: 0


Qazaxda “1990-cı illərin əvvəllərində işğal altına düşmüş Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib.

Qazax Ədəbiyyat Muzeyində reallaşan tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, pedaqoqlar və gənclər iştirak ediblər.

Tədbirdə gənc yazıçı, tarixçi, səyyah-fotoqraf İradə Qədirovanın "Dünya Vətəndən başlayır" adlı kitabının təqdimatı da olub.

Çıxışlarda 2024-cü ildə Qazaxın 4 kəndinin bir güllə atılmadan geri qaytarılmasına aparan yolun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qazandığımız şanlı Qələbədən keçdiyi vurğulanıb. Bu gün həmin kəndlərdə Azərbaycanın şanlı Bayrağının dalğalanmasının qürurverici olduğu bildirilib.

Gənc yazıçı İradə Qədirovanın "Dünya Vətəndən başlayır" adlı kitabını məhz şanlı Zəfərimizdən ruhlanaraq ərsəyə gətirdiyi diqqətə çatdırılıb. Kitab səyahətçinin 2016-cı ildən başlayaraq ölkə üzrə səyahəti zamanı əldə etdiyi bilgilərə, Azərbaycanın tarixi, təbiəti və insanlarına həsr olunub. Yazıçı nəşrdə Qazaxa səfərlərini, rayonun abidələrini, mətbəxini, ucqar kəndlərdə rastlaşdığı insanların hekayəsini də nəql edib.

Sonda müəllif gəncləri maraqlandıran sualları cavablandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031