insanhaqlari.az

Baş prokuror: 2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub

27-01-2025 Baxılıb: 0

Baş prokuror: 2024-cü ildə 41 şəxs Ermənistanın mina terrorunun qurbanı olub


2024-cü ildə 41 şəxs Ermənistan tərəfindən basdırılmış mina və hərbi sursat partlayışlarının qurbanı olub.

Bu barədə Baş prokuror Kamran Əliyev 2024-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, mina qurbanlarından 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Baş prokuror, həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək 382 şəxs mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031