insanhaqlari.az

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

30-01-2025 Baxılıb: 0

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunmasını tələb edən qətnamə qəbul edib.

Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub.

Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.

Hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031