insanhaqlari.az

Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edildi

30-01-2025 Baxılıb: 0

 

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara külli miqdarda maddi ziyan vuran 58 yaşlı Rasim Həsənov saxlanılıb.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, o, zərərçəkənlərə torpaq sahəsi satmaq, qeyri - yaşayış obyektlərini adlarına rəsmiləşdirmək və digər yalan vədlər  verərək həmin şəxslərin 165 min manat pulunu dələduzluqla ələ keçirib.  
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. 
R.Həsənovun digər analoji cinayətlərdə də iştirakı istisna olunmur. Həmin şəxsin qanunsuz əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031