Siciliyaya 4 saata aylıq normadan çox yağıntı düşüb
İtaliyanın Siciliya adasına 4 saat ərzində 150 millimetrdən çox yağıntı düşüb.
Bu həcm adanın aylıq normasını üstələyir. Aramsız leysan nəticəsində yaranan sel və palçıq kütləsi avtomobilləri yuyub aparıb. Xilasedicilər zərərçəkənləri xilas etmək üçün rezin qayıqlardan istifadə ediblər.
Avtomobillərə və yol təsərrüfatına ciddi ziyan dəysə də, sakinlər arasında ölən və itkin düşən yoxdur.
Oxşar vəziyyət Kalabriya regionunda da müşahidə olunub.