insanhaqlari.az

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025 Baxılıb: 0

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Özbəkistan Respublikasının Ədliyyə Nazirliyinin dövlət qulluqçuları üçün təlim təşkil edilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlayn formada reallaşdırılan tədbir ötən il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında 2024-2026-cı illər üzrə Əməkdaşlıq Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.

Təlim “ASAN xidmət” mərkəzlərində həyata keçirilən yeniliklərə, o cümlədən dövlət xidmətlərinin çatdırılması sahəsində tətbiq olunan innovativ həllərə həsr edilib.

Əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi və vətəndaş məmnunluğunun artırılması sahəsində Azərbaycan təcrübəsinin Özbəkistan tərəfi ilə paylaşılmasıdır.

Dövlət Agentliyinin müvafiq şöbələri tərəfindən iştirakçılara xidmətlərin standartlaşması, bu istiqamətdə biznes proseslərinin idarə olunması və data analitika kimi sahələrdə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.

Sonra Özbəkistan tərəfinin sualları cavablandırılıb.

Xatırladaq ki, 2019-cu il oktyabrın 4-də tərəflər arasında Özbəkistan Respublikasında Dövlət Xidmətləri mərkəzlərinin təkmilləşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728