insanhaqlari.az

Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb

03-02-2025 Baxılıb: 0

Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Tədbirlər Planı hazırlanıb

Gənclər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi və 2025-ci il ərzində görüləcək işlərin sistemli şəkildə təşkili məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında tədbirlər planı imzalanıb.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib ki, Tədbirlər Planı çərçivəsində gənclər təşkilatları üçün təlimlər, ali təhsil müəssisələrində tələbələr üçün maarifləndirici təqdimatların keçirilməsi, maarifləndirici videoçarxların geniş auditoriyada nümayiş olunması, narkotiklə mübarizədə yaxından çalışan qurumlarla fəal gənclərin görüşü, infoturlar, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün müvafiq mövzuda təlimlərin və seminarların təşkil edilməsi, regionlarda fəaliyyət göstərən ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirə və seminarların, hər il ənənəvi olaraq keçirilən “Yay Fest”in və internat məktəblərinin yuxarı sinif şagirdlərinin fərqli bir yaşam mühitində maarifləndirilməsi məqsədi ilə düşərgələrin və digər tədbirlərin təşkili planlaşdırılıb.

Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin təşkil ediləcək təlim və seminarlarda iştirakçılar arasında paylanılması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728