Lerikdə silah-sursat saxlayan şəxs həbs edilib
Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundanverilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silah, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.