“İqlim dəyişikliyinə qarşı mübarizədə əsas rol dayanıqlı inkişaf məqsədlərinə çatmaq və qlobal əməkdaşlığı artırmaqdır”.
Bu barədə COP29 çərçivəsində keçirilən “Bakıdan Belenə: Meşələrin inteqrasiyalı və dayanıqlı idarə olunması üçün birgə təsirin azaldılması və uyğunlaşdırılması naminə Amazon Regional Mexanizmi” adlı tədbirdə COP28-in baş danışıqçısı Hana Əl-Həşimi bildirib.
H. Əl-Həşimi bildirib ki, 2030-cu ilə qədər meşələrin qırılmasının dayandırılması və bərpası üzrə hədəflərin iqlim məqsədlərinə çatmaq üçün əsas addımdır. O, meşələrin su dövranını qorumaq və “planetimizin ağciyərləri” rolunu oynamaq baxımından əvəzolunmaz olduğunu vurğulayıb:
“Təbiətin iqlim dəyişikliyinə qarşı mübarizədə əsas həlledici vasitələrdən biri olduğunu nəzərə alaraq, inkişaf etməkdə olan ölkələrin səylərini dəstəkləməli və heç bir tərəfin geridə qalmamasını təmin etməliyik”,- deyə o, qeyd edib.