insanhaqlari.az

Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər arasında yer alıb

20-11-2024 Baxılıb: 0

IMG

Bosniya və Herseqovinanın bir çox şəhərində havanın çirklənməsinin artması səbəbindən görünürlük azalıb.

Hava keyfiyyəti texnologiyası şirkəti “IQAir”in  məlumatlarına görə, hava çirkliliyinin 198-də ölçüldüyü paytaxt Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər arasında yer alıb.

Balkanların tarixi və təbii gözəllikləri ilə tanınan şəhəri Sarayevoda qış aylarında adi hal halına gələn havanın çirklənməsinə şəhərdəki köhnə model avtomobillərin, pikapların və ticarət avtomobillərinin işlənmiş qazları səbəb olur. 

Bosniya və Herseqovina Federasiyasının Hidrometeorologiya Müəssisəsi Travnik ,Visoko və Zenitsa şəhərləri ilə yanaşı Sarayevoda da havanın çirkləndiyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, havanın çirklənməsinə görə Hindistanın paytaxtı Yeni Dehli birinci, Sarayevo ikinci, Serbiyanın paytaxtı Belqrad üçüncü, Pakistanın Lahor şəhəri dördüncü və Şimali Makedoniyanın paytaxtı Skopye beşinci yeri tutur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930