insanhaqlari.az

Afrika ölkəsində vəba kabusu

20-11-2024 Baxılıb: 0

IMG

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəlikləri riski altında olduğunu bildirmişdi.  BMT-nin Uşaq Fondu oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Hazırda Sudanda vəba epidemiyasında həyatını itirənlərin sayının 1000-i keçdiyi bildirilib. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada epidemiyaya yoluxanların ümumi sayının 38 min 817-yə çatdığı bildirilib.

Bildirilib ki, vəba epidemiyasında həyatını itirənlərin sayı 1072-yə yüksəlib.

Qeyd edək ki, Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930