COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişafından məmnunluq vurğulanıb.
İnvestisiyalar və ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə Pakistanla energetika, sənaye, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələrin icrası üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. Bildirilib ki, investisiya və ticarət tərəfdaşlığının dərinləşdirilməsi üçün bu potensialdan səmərəli istifadə etmək böyük əhəmiyyət daşıyır.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığımızın gündəliyində duran digər məsələləri müzakirə ediblər.