insanhaqlari.az

"İzmir üçün nəfəs" layihəsi təqdim edilib

20-11-2024 Baxılıb: 0

IMG

Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən İzmir körfəzinin təmizlənməsi üçün "İzmir üçün nəfəs" layihəsi təqdim edilib.

Ətraf Mühitin İdarəsi Baş direktorunun müavini Gürsel Erul nazirlikdə keçirilən mətbuat konfransında İzmir Körfəzindəki çirklənmənin qarşısını almaq üçün 15 bənddən ibarət təcili və qısamüddətli fəaliyyət planı hazırladıqlarını deyib.

İzmir körfəzinin hidrodinamik modelini təqdim etdiklərini ifadə edən Gürsel Erul deyib ki, tullantı suyunun hidrodinamik modelə görə hara atılacağını və hansı texnika ilə ediləcəyini ortaya çıxarmaq üçün belə bir layihə araşdırması etdik. Məqsədimiz  İzmirə  uyğun daha vizual, daha əyləncəli bir təmizlik təmin etmək, körfəzi yaşanabilir hala gətirməkdir. 

İzmir körfəzinin modelə görə daxili, xarici və orta körfəzlərə bölündüyünə dair məlumat verən Erul "Xüsusən də daxili körfəzdə suyun dövranını aktivləşdirəcək bir mexanizm dizayn etməliyik. Bunu dənizdə edəcəyik. Orta və uzun müddətli fəaliyyət planında buxtaya daxil olan çirklənməni dayandıracağıq.”-deyə əlavə edib.

Körfəzə gələn çirklənməni azaltmaq üçün 271 yoxlama apardıqlarını deyən Erul yoxlamalarla qanunsuz tikinti və qeyri-qanuni boşalmaların qarşısını aldıqlarını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930