insanhaqlari.az

Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib

20-11-2024 Baxılıb: 0

IMG

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazirlikdən verilən məlumata görə, COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.

Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930