insanhaqlari.az

COP29-da plastik tullantıların idarə olunması ilə bağlı problemlər nəzərdən keçirilib

22-11-2024 Baxılıb: 0

IMG

COP29 çərçivəsində “İqlim davamlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: problemlərin dərk edilməsi və imkanların axtarışı” mövzusunda tədbir keçirilib.

Bu barədə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir.

Əsas məruzə ilə Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev çıxış edərək plastik tullantıların təkcə ekoloji deyil, həm də iqlim problemi olduğunu qeyd edib.

Onun sözlərinə görə, plastikin istehsalı və utilizasiyası əhəmiyyətli dərəcədə istixana qazları emissiyalarına gətirib çıxarır və bununla da karbon qazını artırır.

Tədbir zamanı tullantıların idarə olunması sahəsində innovativ həllərin tətbiqi üçün sektorlararası əməkdaşlığın əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930