İranda baş verən zəlzələ Ordubadda hiss olunub
Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə - İran ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 20:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,4-ə bərabər olub.
Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.