insanhaqlari.az

Erkən nikahlarla mübarizə mövzusunda görüş keçirilib

27-11-2024 Baxılıb: 0

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə 26 noyabr 2024-cü il tarixdə Gənclər Təşkilatlarının Resurs Mərkəzində  “Gənclər erkən nikaha yox, gələcəyinə hə deyir!” mövzusunda görüş keçirilib. 

 Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva  erkən evlilik və qohum evliliyinin sosial-iqtisadi fəsadlarından, belə halların qarşısının alınmasına dair qəbul edilən normativ-hüquqi sənədlərdən, qanunvericiliyə edilən son dəyişikliklər haqqında ətraflı məlumat verib. 

 Çıxış edən Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüsalə Niftəliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayədəliklərlə iş şöbəsinin müdiri İsmayıl Süleymanov, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə  erkən evliliyin qızların təhsildən yayınmasına səbəb olduğunu, onların inkişafına və cəmiyyətdə iştirakına mənfi təsir göstərdiyini vurğulayaraq, gənclərə öz tövsiyələrini veriblər.

 Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı Dövlət Komitəsi tərəfindən hazırlanan sosial çarxlar nümayiş etdirilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930