Azərbaycan Xalqının Taleyində Dönüş Günü
Elə adamlar olur ki,onların yaşayış tarixini yazmaq üçün bütün ölkənin tarixini yazmaq lazımdır.
Heydər Əliyev məhz belə xoşbəxt adamlardan idi.
Heydər Əlirza oglu Əliyev(10 may 1923-12 dekabr-2003)
Azərbaycan siyasi və dövlət xadimi.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi(1969-1982).
Azərbaycan Respublikasının üçüncü Prezidenti(1993-2003).
Heydər Əliyev Azərbaycan tarixinin 20-ci əsrdə əhəmiyyətli simalarından biri hesab edilir.
1969-cu ilin 14 iyulunda Heydər Əliyev Azərbaycan KP.MK-nın 1-ci Katibi seçildi.
Azərbaycan haqqında nəinki keçmiş ittifaqda,həmçinin dünyanın bir çox ölkələrində konkret bir fikir formalaşdı:
Bura təkcə "Neft Bakısı deyil",qədim tarixi,mədəniyyəti,yüksək intellekti olan bir ölkədir.
Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı,onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin,milli özünəqayıdışın başlangıcı kimi qəbul olunur.
1969-cu il iyulun 14-də Azərbaycan tarixinin "Əliyev dövrü"başlandı.
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın çiçəklənmə dövrü başlandı.
Heydər Əliyev bütün addımlarında gələcəyi hesablayan,millətin mənafeyini bütün səlahiyyətlərdən üstün tutan fenomen şəxsiyyətdir.
1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyev bütün sahələrdə yüksək ixtisaslı kadrların yetişdirib hazırlanması məsələsinə böyük diqqət və qaygı göstərdi.
Dünyada tarix haqqında yazanlar çox olsada tarix yaradanların sayı azdır.
Tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş müdrik dövlət xadimi və tarix yaradan dahi şəxsiyyət kimi düşmüşdür.
Bu gün insanlar həmin tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının,düşüncəsinin,müdrikliyinin böyüklüyünü bir daha hiss edir,ümummilli liderin xalqımız üçün misiısiz xidmətlər göstərdiyinin şahidi olurlar.
Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni,şanlı səhifələrini yazacaq,daha yüksək zirvələri fəth edəcək.
Zöhrə Səmədova.