insanhaqlari.az

Yeddinci çağırış Azərbaycan parlamenti demokratik və hüquqi dövlət təcrübəsinin yeni nümunəsidir.

26-09-2024 Baxılıb: 14

23 sentyabr tarixində yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasına təşrif buyuran Prezident İlham Əliyevin dəyərli fikirlərini bölüşərək proqram xarakterli tövsiyələrini verməsi parlamentin tarixinə yazılan mühüm hadisələrdən biri kimi yadda qalacaq. İclasda geniş nitq söyləyən dövlətimizin başçısı Milli Məclisin üzvlərini yeddinci çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Dövlət başçısı çıxışında bir sıra maraqlı məqamlara da toxundu. Prezidentin çıxışında əsas məqamlardan biri, sözsüz ki, Ermənistanda revanşist qüvvələrin baş qaldırması, onun əcnəbi havadarlarının qızışdırıcı bəyanatları ilə bağlıdır.

Prezident bildirdi ki, bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır.

İlham Əliyev ATƏT-in Minsk qrupuna da toxundu. Bildirdi ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan Minsk qrupunun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Qarabağ münaqişəsinin həlli üçün yaradılan Minsk qrupu bu illər ərzində heç bir qaneedici fəaliyyətlə məşğul olmayıb.

Dövlət başçısının səsləndirdiyi fikirlər arasında qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qarşı yeni planlar hazırlaması ilə bağlı məsələ də yer alıb. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Ancaq əldə edilmiş məlumatlar bunu göstərir. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur.

Ölkə rəhbərinin çıxışında ən maraqlı məqamlardan biri də Ermənistana yönəlik bəyanatıdır. Belə ki, Qərb ölkələrindən bu dövlətə silah-sursat göndərilir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada. Yəni, Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır.

Dövlətimizn başçısı 2018-ci ildən bu yana ölkəmizdə dörd sosial islahatlar paketi həyata keçirildiyini, bu sahədə işlərin bundan sonra da sürətlə aparılacağını, son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın isə 2,5 dəfə artdığını bildirib. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursuna uyğun olaraq son illər ərzində Milli Məclisin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində həyata keçirilməsi üçün müxtəlif addımlar atılıb. Həmçinin parlamentin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən qanunvericilik fəaliyyəti daha da təkmilləşdirilib, qanun layihələrinin hazırlanması zamanı daha çox keyfiyyətə diqqət yetirilib.

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi ölkəmizdə demokratiya və hüquqi dövlət təcrübəsinin yeni nümunəsi kimi xarakterizə edilə bilər. Öz işinin öhdəsindən layiqincə gələn respublikamızın parlamentinin fəaliyyəti, eyni zamanda, siyasi sistemin inkişafı, onun struktur komponentlərinin təkmilləşməsi baxımından olduqca əhəmiyyətlidir.

 Rasət Bağırov,

Salyan rayon Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin  müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930