"20 Sentyabr Dövlət Suverenliyi Günü"
2023-cü il sentyabrn 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması,həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılmışdır.
Cəmi 23 saat davam etmiş və sentyabrn 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir.
Beləliklə,növbəti parlaq qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.
Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar oldugu bütün ərazilərdə əzəmətlə dalgalanmaqdadır.
Zöhrə Səmədova.