insanhaqlari.az

Saatlıda avtoxuliqanlıq edənlər həbs olunub

16-07-2024 Baxılıb: 4

Saatlıda avtoxuliqanlıq edən iki gənc inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “VAZ” markalı avtomobillərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən rayon sakinləri Emil İsmayılov və Müslüm Ağayev saxlanılıblar.

Hər iki sürücü barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, E.İsmayılov və M.Ağayev 15 sutka inzibati qaydada həbs edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930